Məktəb evimizdir

140 saylı tam orta məktəb üzrə Qış tətilinin səmərəli təşkilinə dair “Tədbirlər planının” 1.7 bəndinə müvafiq olaraq şagirdlərin iştirakı ilə “Məktəb evimizdir” devizi altında iməclik keçirilmişdir.
İməclik çərçivəsində şagirdlər sinif otaqlarında təmizlik və tərtibat işləri görmüş, yaşıl gül kollarını sulayaraq onlara qulluq etmişlər.