Aylığın nümunəvi dərsi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.9 bəndinə müvafiq olaraq ibtidai sinif fənn aylığı çərçivəsində qabaqcıl sinif müəllimi Gülşən Həsənovanın II sinif şagirdləri ilə nümunəvi dərsinə baxış –dinləmə keçirilmişdir.
“Pul vahidlərindən hesablamada istifadə” mövzusunda keçirilən riyaziyyat dərsi qruplarla iş formasında təşkil edilmiş, beyin həmləsi, BİBÖ iş üsullarından uğurla istifadə olunmuşdur. Dərsdə qarşıya qoyulan məqsədlə standartların tələblərinin uyğunluğu təmin edilmiş, resurs zənginliyi qavrama keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynamışdır.
Nümunəvi dərs dinləyici heyət, məktəb rəhbərliyi və valideynlər tərəfindən müsbət rəylə yekunlaşmışdır.