Qanla yazılmış tarix

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.5 və “140 saylı tam orta məktəb üzrə 20 yanvar faciəsinin 28-ci ildönümünün qeyd edilməsinə dair Tədbirlər planı” nın 1.11 bəndinə müvafiq olaraq “Qanla yazılmış tarix” mövzusunda yekun ümümməktəb tədbir keçirilmişdir.
M.Ə.Sabir adına Bülbülə mədəniyyət evinin texniki dəstəyi ilə keçirilən tədbiri məktəbin direktoru M.Rəsulov açaraq “Qanla yazılmış tarix” mövzusunda məruzə ilə çıxış etdi.
Sonra yuxarı sinif şagirdləri hazırladıqları kompazisiyanı təqdim etdilər.
Tədbirin sonunda “Qanlı Yanvar ” sənədli filmi nümayiş etdirildi