İbtidai siniflərdə fənn aylığı

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.9 bəndinə müvafiq olaraq ibtidai sinif müəllimi Rəmziyyə Balayeva fənn aylığı çərçivəsində IV sinif şagirdləri ilə “Dəyirmi masa” keçirmişdir.
“İbtidai siniflərdə nitq mədəniyyətinin formalaşdırılması” mövzusunda keçirilən tədbirdə R.Balayeva məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında çıxış edən şagirdlər məsələyə öz münasibətlərini bildirmiş, praltik suallara cavab vermişdir.
“Dəyirmi masa”da məktəb rəhbərliyi də iştirak etmişdir.