Riyaziyyat dərsi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.3 bəndinə müvafiq olaraq şagird naliyyətlərinin izlənməsi və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində dərslərə baxış –dinləmələr davam edir.
Növbəti belə baxış- dinləmə təcrübəli müəllim Yeganə Şirinovanın riyaziyyat dərsinə keçirildi.
“Kvadrat tənliklərin tətbiqi ilə məsələ həlli” mövzusunda VIII sinif şagirdləri ilə keçirilən bu dərsdə 2.1.1, 2.1.2 standartların həyati situasiyaya uyğun kvadrat tənliklərin qurulması və kvadrat tənliklərin həll edilməsi , ilə qoyulan məqsədə nail olmasının uyğunluğu təmin edildi.