Məktəblərarası bilik yarışı

Akademik Yusif Məmmədəliyevin xatirəsinə həsr olunmuş və Təlimə Dəstək Mərkəzinin təşəbbüsü ilə keçirilən məktəblərarası Bilik yarışında 140 saylı tam orta məktəbin VII, VIII, IX sinif şagirdlərindən ibarət “Zəka” komandası da iştirak etmişdir.
84, 85, 87, 226, 232, 327 nömrəli tam orta məktəblərin də iştirak etdiyi yarışda şagirdlərimiz öz bilik və bacarıqlarını nümayiş etdirərək həvəsləndirici diploma layiq görülmüşdür.