Həmrəylik Gününə həsr olunmuş basketbol turniri

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.16 bəndinə müvafiq olaraq şagirdlərin fiziki hazırlığının yüksəldilməsi istiqamətində silsilə tədbirlər davam edir.
Bu gün Suraxanı rayonundakı 290 saylı tam orta məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş basketbol yarışlarında məktəbimizin “Zəka” komandası da iştirak etmişdir.
Gənc basketbolçularımız turnirdə uğurla çıxış edərək 11 komanda arasında 4-cü yeri tutmuş və fəxri diplomla mükafatlandırılmışdır.