“Ədəbiyyat biliciləri”

140 saylı tam orta məktəbdə “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb turu davam edir.
Şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi və mütaliə vərdişlərinin formalaşdırılması istiqamətində Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı haqqında biliklərin artırılması məqsədilə keçirilən müsabiqə şeir, hekayə, nağıl janrlarında yazılmış əsərlərin daha çox oxunması və məzmununun qavranılması üçün böyük əhəmiyyət kəsb edir.