VII sinifdə coğrafiya dərsi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.3.10 bəndinə müvafiq olaraq coğrafiya fənninə marağı olan uşaqları müəyyənləşdirilməsi və qavrama qabiliyyətlərinin artırılması məqsədilə laborator avadanlıqlarından istifadənin canlandırılması ilə müşayiət olanan dərsin dinlənilməsi keçirilmişdir.
Şagirdlərin resurslardan istifadə etməklə apardığı təcrübələr və topladıqları materiallar “Xarici amillərin relyefə təsiri” mövzusunun açılmasında və qarşıya qoyulan məqsədə nail olunmasında əhəmiyyətli rol oynamışdır.