Çörək zavodunda bir gün

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.18 və 1.1.4.9 bəndlərinə müvafiq olaraq peşə seçiminin ön plana çəkilməsi, məktəblilərin maraq və ehtiyaclarının müəyyənləşdirilməsi, məqsədilə bir qrup yuxarı sinif şagirdlərinin 16.12.2017 –ci il tarixdə Bakı Çörək zavoduna ekskursiyası təşkil edilmişdir.
Ekskursiya zamanı şagirdlər istehsalatda yeni texnologiyaların tətbiqi ilə əlaqədar görülən işləri əyani olaraq izləmək imkanları əldə etmişlər.