Aylığın nümunəvi dərsi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.9 bəndinə müvafiq olaraq müəllim və şagirdlərin fəallığının yüksəldilməsinə xidmət edən “Fizika fənn aylığı” çərçivəsində gənc müəllim Nigar Xəlilovanın nümunəvi dərsinə baxış –dinləmə keçirildi.
Məktəbin VI sinif şagirdləri ilə “Diffuziya” mövzusunda keçirilən dərs standartların düzgün seçilməsi, məqsədin standartlara uyğunluğu, inteqrasiya və resurslardan məqsədyönlü istifadə baxımından dinləyici heyət və dəvət olunmuş valideynlər tərəfindən maraqla qarşılandı.