Selfish Giant –Axmaq nəhəng

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.3.11 bəndinə müvafiq olaraq ingilis dili fənninin tədrisi vəziyyətinin yaxşılaşdırılması yollarını müəyyənləşdirmək məqsədilə Səbinə Əliyevanın VI sinif şagirdləri ilə dərsinə baxış –dinləmə keçirildi.
Dərsin gedişində şagirdlərin ingilis dilində nağılı canlı izləməsi, nağılın motivləri əsasında səhnəciklər qurması, mübadilə və müzakirələrdə fəal iştirak etməsi dinləyicilərin diqqətini cəlb etdi.