Təhsil üçbucağı

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.4.3 bəndinə müvafiq olaraq təhsil prosesində valideynlərin iştirakını artırmaq və onlar arasında maarifləndirmə işini gücləndirmək məqsədilə bir qrup X sinif şagirdlərinin valideynləri ilə görüş keçirilmişdir.
Fənn müəllimlərinin də iştirak etdiyi görüşdə əsas diqqət nizam –intizam, fənlərin tədrisi vəziyyəti və şagirdlərin dərslərə hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmişdir.