Kimya biologiya aylığı

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.9 bəndinə müvafiq olaraq noyabrda təşkil olunan kimya biologiya fənn aylığı başa çatdı.
Aylığın son tədbiri müəllim Günel Səfərovanın VI sinif şagirdləri ilə “Qıjıkimilər, Qıjıkimilərin çoxalması” mövzusunda keçirdiyi biologiya fənni üzrə nümunəvi dərsi oldu.
Dərsin təşkili, gedişi,məqsədlərin standartlara uyğun qoyuluşu , resurslarla zənginliyi, müəllim fəaliyyəti, vaxtdan səmərəli istifadə və s. məktəb rəhbərliyi tərəfindən razılıqla qarşılandı.