Kimya –biologiya aylığı

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.9 bəndinə müvafiq olaraq “Kimya –biologiya fənn aylığı” çərçivəsində dərs dinlənmələri davam edir.
Növbəti dəfə gənc müəllim Pərvinə Səlimovanın VIII sinif şagirdləri ilə “Kimyəvi reaksiyanın sürətinə təsir edən amillər” mövzusunda keçdiyi kimya dərsi dinlənilmişdir.
Dərsin gedişində şagirdlərin nəzəri biliklərinin praktiki məşğələlərlə uzlaşdırılması prosesinin çox asan şəkildə həyata keçirilməsi dinləyicilərin marağına səbəb oldu.