Xocalı Qartalı

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.7 bəndinə müvafiq olaraq Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevə həsr olunmuş tədbir keçirilmişdir.
Məktəbin kitabxana müdiri Sevinc Şükürova və Uşaq Birliyi Rəhbəri Hökümə Rəcəbovanın təşkilatçılığı ilə keçirilən tədbirdə VI sinif şagirdləri Milli Qəhrəmanlar haqqında şeir və hekayələrdən parçalar söyləmiş, mahnılar ifa etmişlər.
Sonda Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin döyüş yolundan bəhs edən “Xocalı Qartalı ” sənədli filmi nümayiş etdirilmişdir.