Dərslərə baxış –dinləmə

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.3.4 bəndinin icrasını təmin etmək məqsədilə coğrafiya müəllimi Kəmalə Qasımovanın X sinif şagirdləri ilə coğrafiya dərsinə baxış- dinləmə keçirildi.
“Azərbaycanın endogen relyef formaları” mövzusunda keçirilən dərsdə şagirdlər ərazi, torpaq, relyef, iqlim və s. haqqında apardıqları araşdırmalar və gəldikləri nəticələr barədə maraqlı məlumatlarla çıxış etdilər.
Mövzunun mənimsənilməsində əlavə materialların müstəsna əhəmiyyət kəsb etdiyi bu dərsin gedişində əyani şəkildə öz təsdiqini tapdı.