Şirvanşahlar sarayı və Qız qalasında bir gün

140 nömrəli tam orta məktəbin fəaliyyət planının 1.3.18 bəndi və məktəb üzrə 06.11.2017-ci il tarixli 127 nömrəli əmrlə təsdiq olunmuş “Payız tətilinin səmərəli təşkilinə dair Tədbirlər planının” icrasını təmin etmək məqsədilə bir qrup ibtidai sinif şagirdləri, sinif müəllimləri və valideynlərin müşaiyəti ilə Şirvanşahlar sarayı və Qız qalasında ekskursiyada olmuşlar. Ekskursiya zamanı kiçik yaşlı şagirdlər Şirvanşahlar dövrünü əks etdirən eksponatlar və sənət nümunələri ilə tanış olmuş, Qız qalası haqqında maraqlı bilgilər əldə etmişlər.
Təşkil olunan ekskursiya şagird fəallığının artırılması və maraqlarının müəyyənləşdirilməsi istiqamətində tədrisin keyfiyyətinə müsbət təsir baxımından çox səmərəli olmuşdur.