Bilik yarışı

140 nömrəli tam orta məktəbin fəaliyyət planının 1.1.1.9 bəndinə müvafiq olaraq seçilmiş fənlər üzrə şagird naliyyətlərinin izlənməsi və fənn olimpiadasına hazırlıq istiqamətində şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi sahəsində məktəbdaxili “Bilik yarışı” nın keçirilməsinə dair 17.11.2017-ci il tarixli 128 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə bugün məktəblilər arasında “Bilik yarışı” keçirilmişdir.
Yarışda 20-31 oktyabr 2017-ci il tarixdə məktəb üzrə keçirilən “Fənn günləri”ndə müvəffəqiyyət qazanmış V-VI sinif şagirdləri ana dili, riyaziyyat, xarici dil, VII-XI sinif şagirdləri isə ana dili, riyaziyyat, xarici dil, tarix, coğrafiya,fizika, kimya, biologiya və informatika fənləri üzrə öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.
“Bilik yarışı”nda qalib gəlmiş şagirdlər “Fənn olimpiada“larının I Şəhər turunda məktəbimizi təmsil etmək hüququ qazanacaqlar.