Çörək bol olarsa...

140 saylı tam orta məktəbin illik fəaliyyət planının  1.3.1 bəndinə müvafiq olaraq məktəblilər arasında çörəyə hörmət, çörəkçi peşəsinə maraq hisslərinin  daha da artırılması məqsədilə  “Çörək bol olarsa...”  mövzusunda  sərgi-kompozisiya  təşkil edilmişdir. VI sinif şagirdlərinin fəal iştirakı ilə  keçirilən bu tədbirdə şagirdlər çörəyin tarixi, ərsəyə gətirilməsi, əhəmiyyəti barədə  bilgilərini nümayiş etdirmiş, çörək haqqında atalar sözləri , şeir və hekayələrdən parçalar söyləmişlər.

“Palitra” dərnəyinin rəhbəri,  texnologiya müəllimi Anaxanım Dadaşovanın təşkil etdiyi bu tədbir valideyn , müəllim və şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi