Nümunəvi dərs

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.3.11 bəndinə müvafiq olaraq ibtidai sinif müəllimi Sevil Məmmədovanın III sinfində “Ümumiləşdirici tapşırıqlar ” mövzusunda ana dili dərsi dinlənildi.
Müxtəlif formalardan istifadə etməklə fənnin tədrisi səviyyəsinin yaxşılaşdırılması yollarını izləmək məqsədilə dinlənilən dərsdə müəllim qarşıya qoyduğu məqsədə nail ola bildi.