Bayrağımız varlığımızdır.

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.1. bəndinə müvafiq olaraq şagirdlərdə vətənə, dövlətə və dövlət rəmzlərinə məhəbbətin dərinləşdirilməsi istiqamətində, “Bayraq Günü”nə həsr olunmuş ədəbi –bədii tədbir keçirilmişdir. Məktəbin kiçik yaşlı şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın şair və yazıçılarının vətənpərvərlik mövzusunda şeir və hekayələrindən parçalar söylənmiş, səhnəciklər nümayiş etdirilmişdir. Müqəddəs bayrağımızın tərənnümünə həsr olunmuş bu maraqlı tədbir qonaqlar və valideynlər tərəfindən rəğbətlə qarşılanmışdır.