Fənn günləri başa çatdı

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.9. bəndi və məktəb üzrə 03.10.2017 –ci il tarixli 110 §2 nömrəli əmrinin icrası ilə əlaqədar 23 oktyabr -03 noyabr 2017 –ci il tarixlərdə keçirilən “Fənn günləri ” başa çatmışdır. Məktəbin “Olimpiadaya hazırlıq Mərkəzinin ” təşkilatçılığı ilə V –XI sinif şagirdləri arasında ana dili, riyaziyyat, informatika , xarici dil, tarix, coğrafiya, fizika, kimya və biologiya fənləri üzrə keçirilən fənn günlərinin əsas məqsədi, müəllimlərin peşakarlıq səviyyəsinin öyrənilməsi və şagird naliyyətlərinin inkişaf dinamikasının izlənilməsi ilə yanaşı , həm də fənn olimpiadasının I turu ərəfəsində keçiriləcək “Bilik yarışları”nda iştirak hüququ qazanan şagirdlərin müəyyənləşdirilməsi olmuşdur.