Bülbül -120

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.17 bəndi və məktəb üzrə 12.09.2017 –ci il tarixli 95§4 nömrəli əmrinin icrasının təmin olunması məqsədilə böyük sənətkar və ictimai xadim Bülbülün anadan olmasının 120 illik yubleyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Bu gün məktəbin musiqi müəllimi Validə Hüseynovanın rəhbərlik etdiyi “Musiqi” dərnəyi üzvlərinin iştirakı ilə növbəti tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlər Bülbülün həyat və yaradıcılığı haqqında hazırladıqları elektron slaydlar nümayiş etdirmiş, böyük sənətkarın repertuarından mahnı, romans və ariyalar ifa etmişlər. Tədbir iştirakçı valideyn və müəllimlər tərəfindən rəğbətlə qarşılanmışdır.