Xəlil Rza Ulutürk

Azərbaycanın Xalq şairi, xalq azadlıq hərəkatının görkəmli nümayəndəsi Xəlil Rza Ulutürkün 85 illik yubleyi VI,VII,VIII, IX sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə qeyd olunmuşdur. Şagirdlər öz çıxışlarında Xəlil Rzanın vətənini dərin məhəbbətlə sevən, onun istiqlalı və qüdrətlənməsi yolunda böyük fədakarlıqlar göstərən bir şair olduğunu xüsusi qeyd etmişdir.Tədbirin gedişi boyu, Ulu Öndər, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Xəlil Rza haqqında dediyi ürək sözləri elektron lövhədə şagirdlərin diqqətinə çatdırılmışdır: “Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə daim sevilmişdir. Mən daim onun yaradıcılığına , insanlığına , vətəndaşlığına , ən çox da cəsurluğuna, əyilməzliyinə, öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm”.