Beynəlxalq Qızlar Günü

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.1. bəndinə müvafiq olaraq məktəblilər arasında tərbiyə işinin təşkili istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi məqsədilə “Beynəlxalq Qızlar Günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Uşaq Birliyi Rəhbəri Hökümə Rəcəbovanın rəhbərliyi ilə təşkil olunan tədbirdə yeniyetmə qızlar “Uşaq Hüquqları Konvensiyası ” və “Gender bərabərliyi ” haqqında mühüm sənədlərdə təsbit olunmuş hüquq və vəzifələr haqqında biliklərini nümayiş etdirmiş, öz hüquqlarının qorunması istiqamətində daha hansı tədbirlərin yetərli olması barədə fikir mübadiləsi etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi