Baku Ekspo mərkəzində

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.18 –ci bəndinə müvafiq olaraq IX, X, XI sinif şagirdləri müəllimlərin müşaiyyəti ilə “Baku Ekspo” mərkəzində, “Təhsil sərgisində” iştirak etmişlər. Sərgidə şagirdlər “Gələcəyi qur”, “Azərbaycan naminə öyrət”, “Xaricdə təhsil” bölmələri ilə yaxından tanış olaraq, gələcək təhsil perspektivlərinin reallaşdırılması məqsədilə onları maraqlandıran suallara ətraflı cavablar ala bilmişlər. Tədbirin gedişində şagirdlərimiz başqa məktəblərdən olan həmyaşıdları ilə şahmat, voleybol və mini futbol oyunlarında iştirak etmiş, mədəniyyət və sənətkarlıq üzrə peşə təhsil mərkəzinin nümayiş etdirdiyi sənətkarlıq nümunələri ilə tanış olmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi