Fəal dərs nümunəsi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.3.6. bəndinə müvafiq olaraq yenicə tədris olunmasına başlanan fənlərdən ilkin anlayışların mənimsənilməsi vəziyyətinin öyrənilməsinə start verilmişdir. İlk belə tədbir gənc müəllim Kəmalə Qasımovanın VI sinifdə Coğrafiya dərsinə baxış –dinləmə ilə başlanmışdır. “Yerin su və quru səthi” mövzusunda keçilən bu dərsdə şagirdlər yeni terminlərin mənimsənilməsi, elektron təlim resurslarından səmərəli istifadə bacarıqlarının uğurla nümayiş etdirmişlər.