Milli Musiqi Günü

Sentyabrın 18 –də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqi sevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət olmasın. Böyük bəstəkarın ad günü 140 saylı tam orta məktəbdə böyük təntənə ilə qeyd edilmişdir. Bu münasibətlə məktəbin musiqi müəllimi Validə Hüseynovanın rəhbərlik etdiyi “Musiqi” dərnəyinin üzvləri “Milli Musiqi Günü”nə həsr olunmuş musiqili ədəbi –bədii kompazisiya hazırlamışlar.