140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.23 –cü bəndinə müvafiq olaraq 15 iyun Qurtuluş Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir. Dərs ilini yalnız “əla” qiymətlərlə başa vurmuş V-VIII sinif şagirdlərinin iştirakı ilə keçirilən bu tədbirdə məktəbin tarix müəllimi Tamilə Vəliyeva “Milli dövlətçiliyimizin xilaskarı Heydər Əliyev ” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə əsasında şagirdlər H.Əliyev dühası haqqında hazırladıqları slaydlarla müşaiət olunan maraqlı çıxışlar etdilər.