Nümunəvi dərs təqdimatı

140 saylı tam orta məktəbdə “Nümunəvi dərs təqdimatı” layihəsi çərçivəsində təqdim olunan dərslərə baxış - dinləmə davam edir. Növbəti mərhələdə qabaqcıl ibtidai sinif müəllimi Rəmziyyə Balayevanın III sinif şagirdləri ilə “Şirvanşahlar sarayı” mövzusunda Azərbaycan dili dərsinə baxış -dinləmə keçirildi. Dərsin gedişində şagirdlər mövzu üzrə tədris materialları və əlavə topladıqları məlumatları şərh etməklə oxuyub –anlama , təhlil və tətbiq etmə sahəsində bilik və bacarıqların nümayiş etdirə bildilər.