140 nömrəli tam orta məktəbin illik fəaliyyət planının 1.1.3.16 bəndinə müvafiq olaraq şagirdlərin keyfiyyət göstəricilərini müəyyənləşdirmək və buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə 87 nömrəli tam orta məktəblə birlikdə sınaq qiymətləndirilməsi keçirilmişdir.Ana dili və riyaziyyat fənləri üzrə hər bir fənn üzrə 30 sualdan ibarət 4 variant da hazırlanmış sual kitabçaları imtahanlara tam uyğunlaşdırılmış formada tərtib edilmişdi.Sınaq qiymətləndirmənin qarşılıqlı təşkili həm də şagirdlərin mənəvi-psixoloji cəhətdən hazırlanması üçün mühüm əhəmiyət kəsb edirdi.Məktəblərarası sınaq qiymətləndirməsi təlimatın bütün tələblərinə riayət edilməklə uğurla həyata keçirildi.