21 Sentyabr 2015 Beynəlxalq Sülh gününə həsr olunmuş tədbir "Dünyaya sülh, budur bizim şüarımız ,budur bizim duamız"
Tədbir şagirdlər Sülh plakatını nümayiş etdirməklə açdılar. 10-11 ci sinif şagirdləri Quliyeva Sevinc və İbiyeva Narıngülün Sülh aylığına həsr olunmuş sərgisi açıldı. şagirdlər şəkillərə diqqətlə tamaşa etdilər. Tədbirdə şerlər, mahnılar səsləndi. Şagirdlər arasında fəaliyyət kartları paylandı və kartlar əsasında şagirdlər "Sülh nədir?" sualına cavab verdilər. tədbir ədəbi-bədii kompazisiya əsasında hazırlanmışdır.