140 nömrəli tam orta məktəbdə “Ekologiya və sağlamlıq” layihəsi çərçivəsində “Sağlam həyat tərzi ” aylığı davam edir. Aylıq çərçivəsində növbəti tədbir qabaqcıl ibtidai sinif müəllimi Rəmziyyə Balayevanın III sinifdə şagirdləri ilə “Uşaqlarımız üçün sağlamlıq vərdişləri ” mövzusunda keçirdiyi sinif təşkilat saatı oldu. Kiçik yaşlı şagirdlər insan sağlamlığı üçün vacib şərtlər və zərərli vərdişlərdən uzaq olmağın yolları barədə bilgilər və topladıqları materiallar ilə fikir mübadiləsi etdilər.