Təbiət fənlərinin tədrisində Laboratoriya amili

140 nömrəli tam orta məktəbin illik fəaliyyət planının 1.1.3.11 bəndinə müvafiq olaraq təbiət fənlərinin qavranılmasında mövzuların dərinləşdirilməsi üçün laborator işlərin canlandırması məqsədilə kimya, fizika, biologiya dərslərinə baxış-dinləmə keçirilmişdir. Eyni zamanda laboratoriya avadanlıqlarının qorunub saxlanılması və onlardan səmərəli istifadə, sənədləşmə, laboratoriya işlərinin aparılması vəziyyəti rəhbərlik tərəfindən öyrənilmiş, bu sahəyə məsul olan şəxslərə müvafiq tövsiyyələr verilmişdir.