“ Nümunəvi dərs təqdimatı”

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.3.5 bəndinə və “ Nümunəvi dərs təqdimatı” layihəsinin müvafiq olaraq gənc tarix müəllimi Tamilə Vəliyevanın “ Qədim Roma dövləti” mövzusunda VI sinif şagirdləri ilə apardığı tarix dərsinə baxış-dinləmə keçirilmişdir. 1.1.1; 3.1.1 standartlarının tətbiq olunması ilə il hesabından istifadəni öyrənmək,izah etmək,Roma dövlətinin yaranması,idarəetmə qaydaları,sosial-iqtisadi münasibətlərin öyrənilməsi məqsədinin qarşıya qoyulduğu bu dərsdə şagirdlər qədim dövlət haqqında topladıqları məlumatlardan da istifadə etməklə maraqlı mübadilələr və ətraflı müzakirələr təşkil etməyə nail oldular. Dərs dinləyicilər tərəfindən rəğbətlə qarşılandı.