“Nümunəvi dərs təqdimatı”

140 saylı tam orta məktəbdə “Nümunəvi dərs təqdimatı” layihəsində müəllimə İlahə Dadaşzadənin ”Dədə Qorqud dastanı. Basatın Təpəgözü öldürməsi boyu” mövzusunda VI sinif şagirdləri ilə apardığı dərsə baxış-dinləmə keçirilmişdir.Yüksək səviyyədə tərtibatı ilə fərqlənən bu dərsdə qoyulan məqsədə nail olunması, istifadə olunan resursların müxtəlifliyi və onlardan bacarıqla istifadə nəticəsində mümkün olmuşdur. Dərsin gedişində “Dədə Qorqud” dastanının motivləri əsasında ekranlaşdırılmış filmlərdən fraqmentlər nümayiş etdirilmişdir. Dərs dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.