“ Nəbatat bağı”nda bir gün

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.18 ci bəndinə müvafiq olaraq qabaqcıl ibtidai sinif müəllimi Rəmziyyə Balayevanın II sinif şagirdləri Mərdəkan qəsəbəsində yerləşən “ Nəbatat bağı”nda ekskursiyada olmuşlar. Tədrisin keyfiyyətinə,uşaqların dünyagörüşünün artırılmasına və Azərbaycan təbiətiniə dair bilik səviyyəsinin yüksəldilməsinə xidmət edən bu ekskursiya “ ibtidai sinif şagirdlərinin tətil günlərinin səmərəli keçirilməsinə dair tədbirlər planına” müvafiq olaraq təşkil edilmişdir.