Məktəblərarası sınaq qiymətləndirmə

140 saylı tam orta məktəbdə 87 nömrəli tam orta məktəblə razılaşdırılmış qrafik üzrə VII sinif şagirdlərinin ana dili və riyaziyyat fənləri üzrə sınaq qiymətləndirilməsi keçirilmişdir. Sınaq qiymətləndirilməsinin qaparılmasında məqsəd şagirdlərin VII sinif materiallarının proqram üzrə mənimsənilməsi vəziyyətini öyrənmək,dərs ilinin qalan vaxtı ərzində müəyyən olunmuş çatışmamazlıqları aradan qaldırmaq olmuşdur.Ana dili fənni üzrə 10 açıq və 10 qapalı,riyaziyyat fənn üzrə 10 açıq suallardan ibarət tərtib olunmuş test suallarının yerinə yetirilməsində şagirdlər yüksək fəallıq nümayiş etdirmişlər. Növbəti mərhələdə Xarici dil və tarix fənləri üzrə məktəblərarası sınaq qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmuşdur.