Məktəblərarası ədəbi –bədii qiraət müsabiqəsi

140 saylı tam orta məktəbdə ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 –cü ildönümünə həsr olunmuş məktəblərarası ədəbi –bədii qiraət müsabiqəsi keçirilmişdir. Müsabiqədə Suraxanı rayonundakı 84, 85, 87, 89, 140, 208, 232 saylı tam orta məktəbin şagirdləri şeir , hekayə və qəzəl nominasiyaları üzrə Azərbaycanın klassik şair və yazıçılarının əsərlərindən nümunələri təqdim etmişlər. Müvəffəqiyyət qazanmış şagirdlərə I, II, III dərəcəli diplomlar, digər iştirakçılara həvəsləndirici mükafatlar təqdim olunmuşdur. Bütün nominasiyalar üzrə üstünlük əldə etmiş 140 saylı tam orta məktəbin komandası yarışın simvolu olan “Kubok”u qazanmışlar. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 –cü ildönümünə həsr olunmuş bu tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Suraxanı rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və ictimaiyyətin nümayəndələri də iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi