“Məktəbi gülüstana çevirək” layihəsi

140 saylı tam orta məktəbdə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi “aylığı çərçivəsində “Məktəbi gülüstana çevirək” layihəsi həyata keçirilmişdir. Layihənin icrasında əsas məqsəd şagirdlər arasında təbiətə məhəbbət , Azərbaycan florasının rəngarəngliyi barədə biliklərin səviyyəsinin yüksəldilməsi, məktəbdə yaşıl güşələrin sayının artırılması idi. Bu gün layihə uğurla başa çatdı. Fərqlənən siniflər vımpellə, şagirdlər isə müxtəlif dərəcəli diplomlarla mükafatlandırıldılar.Yeni layihələrin icrası gündəmdədir