“Xarici dil” fənn aylığı

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.3.4 bəndinə müvafiq olaraq “Xarici dil ” fənn aylığı çərçivəsində ingilis və fransız dillərinin tədrisinin yaxşılaşdırılması məqsədilə V-VIII sinif şagirdləri arasında sərbəst nitq qabiliyyətinin monitorinqi keçirilmişdir. Bununla əlaqədar keçirilən bilik yarışında şagirdlər Fransa və İngiltərənin tarixi və coğrafiyasına həsr olunmuş suallara cavab verməklə , ingilis və fransız dilində ünsiyyət qabiliyyətlərini nümayiş etdirmişlər Yarışın sonunda qalib qruplara I, II, III dərəcəli diplomlar təqdim edildi.Xarici dil fənn aylığı davam edir