“Ekologiya və sağlamlıq”

140 saylı tam orta məktəbin 5 və 6-cı sinif şagirdləri Mərdəkan qəsəbəsində yerləşən “Nəbatat” bağına ekskursiya etdilər.“Azərbaycan təbii sərvətləri və biomüxtəlifliyi” aylığı çərçivəsində reallaşan bu ekskursiya zamanı şagirdlər “Mərdəkan Dendroparkında” yetişdirilən nadir bitki növləri ilə orada təbiətimizin biomüxtəlifliyini araşdıran elmi işləri özündə əks etdirən stendlərlə tanış oldular, flora və faunamızın ən nadir nümunələrini özündə birləşdirən bu bağın salınmasında əvəzsiz xidmətləri olan Murtuza Muxtarovun həyatı və fəaliyyəti barədə maraqlı məlumatlar əldə etdilər. “Dendroparka” səyahət uşaqların daha bir tədris günündən məmnun qalmaları ilə yadda qaldı.