18 aprel -Tarixi abidələrin mühafizəsi Günüdür.

Tarixi abidələrin mühafizəsi Günü ərəfəsində 140 saylı tam orta məktəbin bir qrup müəllim və şagird heyəti Suraxanıdakı “ Atəşgah tarixi abidə kompleksində” oldular. Burada şagirdlərə Atəşgah məbədinin yaranma tarixi,tarixi əhəmiyyəti,Abşeronun ilk neft və qaz yataqları və s,haqqında geniş məlumatlar verildi. “ Atəşgah məbədinə” ziyarət şagirdlərin məmnunluğu ilə müşaiyət olundu.