“Nümunəvi dərs təqdimatı

140 saylı tam orta məktəbdə “ Nümunəvi dərs təqdimatı” layihəsi çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Dadaşzadənin XI sinifdə Azərbaycan dili dərsinə baxış-dinləmə keçirildi. “ Üslub haqqında məlumat” mövzusunda keçirilən dərsin şagirdlərin bu mövzuda hazırlıq səviyyəsini müəyyən etmək,Azərbaycan dilinin qrammatikası və üslub qaydaları haqqında biliklərin artırılması istiqamətində görüləcək işlər və alınacaq nəticələrin praqnozlaşdırılması üçün əhəmiyyətli rol oynadığı dinləyicilərin diqqət mərkəzində olmuşdur. Dərsin nəticələri metodbirləşmə üzvlərin iştirakı ilə müzakirə olunmuşdur