Oxuyub – anlama bacarıqları

11.04. 2017-ci il tarixində III sinifdə şagirdlərin oxuma - anlama vərdişlərinin yoxlanılması məqsədi ilə növbəti dəfə sınaq mətn testləri metodbirləşmə rəhbəri Həsənova Gülşən tərəfindən təqdim edildi.Təqdim edilən mətnin mövzusu “Nitq və yarı” məzmunu elmi kütləvi mətn silsiləsinə aid idi. Testlər açıq və qapalı şəkildə tərtib edilmişdir. Sualların səviyyəsi asan, orta və çətin səviyyədə idi. Əldə olunan nəticələr şagirdləri bacarıq səviyyəsinin artdığının əyani göstəricisi oldu.