140 nömrəli tam orta məktəbdə “İngilis dilində danışanlar qrupu” fəaliyyətə başlamışdır.İlk tədbir V və VI sinif şagirdlərinin ingilis dilində hazırladığı “Mahnı və dialoqlar” mövzusundan ibarət çıxışlar oldu. Müəllimlər G.Dəmirova və S.Əliyeva şagirdlərin nitq mədəniyyətinin inkişafı və sərbəst ünsiyyət qabiliyyətinin artırılması istiqamətində faydalı məlumatlar verdilər.