Məktəblərarası “Bədii qiraət” müsabiqəsi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 –cü ildönümü münasibətilə şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində il ərzində görülmüş işlərə baxış məqsədilə yaxın ərazidə yerləşən məktəblər arasında “Bədii qiraət” müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün Suraxanı rayonundakı 84,85,87,89,140 , 208, 232 saylı tam orta məktəblərin Azərbaycan dili və ədəbiyyatı fənn metodbirləşmə sədrləri müsabiqənin keçirələcəyi 140 saylı tam orta məktəbə toplaşaraq müsabiqənin əsasnaməsini müzakirə etdilər. Müsabiqənin məktəb mərhələsinin 10 -14 aprel 2017 –ci il tarixində, final mərhələnin isə aprelin 27 –də keçirilməsi nəzərdə tutulmuşdur. Müsabiqəyə uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi