“Nümunəvi dərs təqdimatı”

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.11 bəndinə müvafiq olaraq təbiət fənləri tədrisində laboratoriya işlərinin aparılması vəziyyətinin öyrənilməsi məqsədilə qabaqcıl müəllimə Pərvinə Səlimovanın “d elementlərinin kimyəvi xassələri və təyini” mövzusunda IX sinif şagirdləri ilə apardığı Kimya dərsinə baxış -dinləmə keçirildi. Dərsin gedişində şagirdlər laboratoriya avadanlıqlarından istifadə etməklə “d” elementlərinin xlorid,sulfat,nitrat turşuları ilə reaksiyalarını apararaq,bu elementlərin keyfiyyət təyininə nail oldular.Yekunda dərsin gedişi müzakirə olunaraq lazımi metodiki məsləhətlər verildi. “ Layihə” çərçivəsində dərslərə baxış dinləmələr davam edir.