Peşə seçimi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.4.9 bəndinə müvafiq olaraq “Peşə seçimi istiqamətində neft mədənlərinə, tikinti sahələrinə, elmi müəssisələrə , muzeylərə və s. ekskursiyaların təşkili ” ilə əlaqədar il ərzində silsilə tədbirlər həyata keçirilmişdir. Peşə seçiminin ön plana çəkilməsi ilə təhsil göstəricilərinin artırılmasına xidmət edən belə ekskursiyalar və tanıtım xarakterli görüşlər şagirdlərin gələcək təhsil müəssisələrinin və iş sahələrinin müəyyənləşdirilməsi istiqamətində lazımi biliklər əldə etməsi üçün əvəzsiz təbliğat vasitəsi rolunu oynamışdır.